Avropa Oyunlarının məşəli Zərdabda
Birinci Avropa Oyunlarının məşəli bu gün Zərdab rayonunda alovlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, məşəli ilk olaraq Bayraq Meydanından Bəxtiyar Əliyev götürüb.
Məşəl estafetini izləmək üçün minlərlə rayon sakini məşəl turunun marşrut xətti boyunca küçələrə düzülüb.
4-cü Dünya Kubokunun qalibi, dünya ikincisi, Avropa çempionu, ikiqat respublika çempionu
"Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Çünki bizim rayonumuzda da bu gözəl məşəl alovlandı. İnanıram ki, bizim Azərbaycan idmançıları həmişə birinci yerə layiq görüləcək".
Birinci Avropa Oyunlarının məşəl estafetini daşımaq üçün rayonun 10 gənc idmançısı cəlb olunub. Estafet ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda sona çatıb. Sonuncu məşəlçi karate üzrə dünya çempionu Nərmin Camalzadə Birinci Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün səhnəyə çıxıb və məşəli alovlandırıb.
Sonda növbə İlk Avropa Oyunlarının çırağına çatıb. Zərdaba təhvil verilən bu çıraq Bakı-2015-in simvolu kimi yarışlar bitənədək saxlanacaq.