Azərbaycanlı müğənni Moskvada öldürüldü
Moskvada azərbaycanlı müğənni qətlə yetirilib.
APA TV-nin məlumatına görə, Rusiya paytaxtında yaşayan Xocavənd sakini, 35 yaşlı Xəlil Bahadur oğlu Rəhimov naməlum şəxs tərəfindən qətlə yetirilib. Moskvada müğənniliklə məşğul olan həmyerlimizin mübahisə zəminində öldürüldüyü bildirilir.
Faktla bağlı Moskvanın hüquq-mühafizə orqanları araşdırmalar aparır.