Göygöl sakinini maşın vurub
Gəncə-Göygöl avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Əfruz Mədət qızı İsgəndərova yolu keçmək istəyərkən hələ ki sürücüsü məlum olmayan "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.