Azərbaycan-Türkiyə hərbi təlimlərinin birinci mərhələsi keçirilib
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin ilk mərhələsi keçirilib.
APA TV-nin məlumatına görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət iştirak edib, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu, 12 döyüş və nəqliyyat helikopterindən istifadə olunub.
Qeyd edək ki, təlimlərdə bir neçə mövzular üzrə mövzularında tapşırıqlar yerinə yetiriləcək.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər mərmi və raket buraxılışlarını icra edəcəklər.
Təlimlər mayın 16-dək davam edəcək.