Birinci Avropa Oyunlarının məşəli Tərtərdə
Birinci Avropa Oyunlarının məşəli Zərdab Tərtərə gətirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Daha sonra 10 nəfər rayon sakini estafeti şəhərin mərkəzinə aparıb. Məşəlçilər 4 kilometr məsafəlik yürüşü Heydər Əliyev prospektində başa çatdırıblar. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq, meydanda məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının çırağı yandırılaraq tərtərlilərə təqdim olunub.
Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.