Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də ucuzlaşıb. Hazırda bir dolların kursu 1,048 manat təşkil edir.
Avro və Rusiya rublunun dəyəri isə artmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1779 manat, 1000 Rusiya rublu isə 21 manatdır.
Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.