İspaniyanın futbol klubları beynəlxalq turnirlərdən uzaqlaşdırıla bilər

FİFA və UEFA İspaniya klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılacağı ilə bağlı ölkənin Milli Futbol Assosiasiyasına son dəfə xəbərdarlıq edib.

 

APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, buna səbəb hökumətin yerli futbol qurumunun işinə müdaxilə etməsidir. İspaniyanın "Marca" nəşri xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına görə, istənilən ölkədə üçüncü tərəfin yerli futbol qurumlarının işinə qarışması yolverilməzdir. Əgər bu hal baş verərsə, həmin ölkənin klubları və milli komandası beynəlxalq yarışlardan uzaqlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv