Senator Con Makkeyn Obama administrasiyasını rüşvətxorluqda ittiham etdi

Vaşinqton Körfəz Ölkələri Əməkdaşlıq Şurasının üzvlərini satın almağa çalışır. APA TV-nin xəbərinə görə, bu sensasion bəyanatla amerikalı senator Con Makkeyn çıxış edib.

 

Onun fikrincə, Ağ Ev bu yolla İranın nüvə proqramına dair sazişlə bağlı ərəb dövlətlərinin dəstəyini qazanmaq istəyir: “Hesab edirəm ki, Obama administrasiyası istənilən rüşvətlə ələ alma üsuluna əl atacaq. Amma çətin ki, istəyinə nail olsun, çünki Körfəz ölkələri İranla imzalanacaq sazişi təhlükə kimi dəyərləndirir”.

 

ABŞ prezidenti Barak Obama Körfəz Ölkələri Əməkdaşlıq Şurasının toplantısından əvvəl Səudiyyə şahzadələri Məhəmməd ibn Nayef və Məhəmməd ibn Salmanla təkbətək görüşəcək. Prezident bundan əvvəl Səudiyyə kralı ilə görüşmək istədiyini bildirsə də, kral ABŞ-a səfərdən imtina edib. Ötən həftə isə Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan İranın mümkün təhdidlərinə qarşı yazılı təhlükəsizlik qarantiyası istəyib. 

Müəllif | Apa.Tv
Apa.tv