Vaşinqtondan Nyu-Yorka gedən qatar relsdən çıxdı, ölənlər var
ABŞ-da dəhşətli qatar qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza Pensilvaniya ştatında qeydə alınıb.
Qəza baş verən qatar Vaşinqtondan Nyu-Yorka hərəkət edib və içərisində 240 sərnişinin olduğu bildirilir. 10 vaqonun relsdən çıxması nəticəsində 5 nəfər həyatını itirib, 50-dən çox adam müxtəlif xəsarətlər alıb.
Qəzanın səbəbləri araşdırılır.