Macarıstanda tibb işçiləri tətilə başladı

Macarıstan paytaxtında 5 min səhiyyə işçisi küçələrə axışıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, aksiya həmkarlar təşkilatlarının dəstəyi ilə baş tutub.

 

Aksiya iştirakçıları "ölkəmizi tərk etmək istəmirik, buradakı şərtləri asanlaşdırın" şüarı səsləndiriblər. Etiraz edənlər maaşlarının azlığından da şikayət ediblər. Ağ və qara geyimli iki qrup müxtəlif istiqamətlərdən hərəkət edərək Səhiyyə Nazirliyinin önündə bir araya gəliblər. Onlar nazirliyə tələblərini ərizə şəklində təqdim ediblər. Səhiyyə naziri Gabor Zamor bu tələblərin hökumətə çatdırılacağına söz verib.

 

Sosioloji araşdırmaların nəticələrinə görə, sosial vəziyyətin ağırlaşması səbəbindən ölkə əhalisi arasında başqa dövlətlərə köç etmək istəyənlərin sayı artıb.


 

 

Müəllif | Apa.Tv
Apa.tv