Bakıda yağış, rayonlarda dolu yağacaq

Mayın 15-də Bakı və Abşeron yarımadasında buludlu  hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, sabah mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv