Prezident İlham Əliyev Azərbaycan-Vyetnam biznes forumunda iştirak edib
Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Vyetnam prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər.
Biznes forumda Azərbaycandan və Vyetnamdan rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.