İŞİD 26 dinc sakini edam etdi

İŞİD terror qruplaşmasının silahlıları Suriyada Palmira şəhərinin 26 sakinini edam edib. APA TV-nin məlumatına görə, edam olunanlardan 10 nəfərin başı kəsilib.

 

Silahlılar dinc sakinləri Suriya hakimiyyətini dəstəkləməkdə ittiham ediblər.

 

Qeyd edək ki, UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv