Ermənistanda fəhlələrin oturaq aksiyası başladı

Ermənistanda fəhlələrin kütləvi etiraz aksiyalarına start verilib.

 

APA TV-nin məlumatına görə, İrəvanda “Nairit” zavodunun işçiləri maaşlarının verilməsi və zavodun fəaliyyətinin bərpa olunması tələbi ilə hökumət binası qarşısında iki günlük oturaq aksiyaya başlayıb.

 

Aksiya iştirakçıları hökumət binasından çıxan dövlət məmurlarını fitə basıblar. Məlumata görə, aksiya keçirilən əraziyə çoxlu sayda polis qüvvələri yeridilib.

 

Qeyd edək ki, kimyəvi maddələr istehsal  edən zavod 3 ildir bağlanıb. Bu müddətdə zavod əməkdaşları maaşlarını ala bilməyiblər.

 

Etirazçılar maaşları verilməyəcəyi təqdirdə, aksiyanı gələn həftəyə kimi davam etdirəcəklərini bildiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv