Gürcüstanda azərbaycanlı narkobaron tutuldu
Gürcüstanda azərbaycanlı narkobaron tutulub.
APA TV-nin məlumatına görə, Gürcüstan hüquq-mühafizə orqanları Rustavi şəhərində Şota adlı 42 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Saxlanan şəxsin soyadı açıqlanmır.
Saxlanılan şəxs narkotik vasitələrin satışında ittiham edilir. Daxili İşlər Nazirliyinin əməkdaşları saxlanılan Azərbaycan vətəndaşının idman çantasından 85 min ABŞ dolları ilə yanaşı, 681,29 qram narkotik maddə müsadirə ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi (xüsusi böyük çəkidə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı) ilə cinayət işi açılıb, araşdırma aparılır.