Məşhur boksçu metroda ölümcül vəziyyətdə tapıldı

Rusiyalı boksçu Denis Boytsov başından ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin məlumatına görə, boksçunu ağır vəziyyətdə Berlin metrosunun tunelindən tapıblar. 29 yaşlı idmançı beynindən ciddi zədə aldığına görə həkimlər onu süni komaya salmaq məcburiyyətində qalıblar.

 

Boksçunun hansı səbəbdən belə duruma düşməsi ilə bağlı konkret versiya yoxdur. Ancaq ilkin ehtimallara görə, Denis sərxoş olub.

 

Qeyd edək ki, məşhur boksçu Denis Boytsov peşəkar rinqdə indiyə kimi 37 görüş keçirib, 36 qələbə qazanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv