Azərbaycanda dollar və rubl ucuzlaşıb, avro bahalaşıb

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də ucuzlaşıb. Hazırda bir dolların kursu 1,0472 manat təşkil edir.

 

Rusiya rublu da dünənə nisbətən ucuzlaşıb. 1000 Rusiya rublunun məzənnəsi 20 manat 90 qəpik olaraq müəyyənləşib. Bivalyuta səbətinə daxil olan valyutalardan yalnız avro bahalaşıb. Mərkəzi Bankın yeni kursuna əsasən 1 avro 1,1946 manat təşkil edir.

 

Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv