Türkiyədə təyyarə qəzaya uğradı: 3 yaralı
Türkiyədə mülkü təyyarə qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Konya şəhərində qeydə alınıb.
Kiçik həcmli mülki təyyarə havaya qalxandan 20 dəqiqə sonra yerə düşüb. Nəticədə 3 nəfər yaralanıb.
Məlumata görə, "NG-4" tipli təyyarədə olan portuqaliyalı Karlos Jorge (56), alman Ulriç Metterniç (56) və italyan Diego Ruggiero (40) təcili yardım helikopteri ilə xəstəxanaya aparılıblar. Onların səhhətinin yaxşı olduğu bildirilir.
Türkiyə Hərbi Hava Qüvvələri komandanlığından verilən məlumata görə, təyyarədə olanlar NATO-nun "Tiger meet 2015" təliminin mülkü iştirakçıları olublar.