Obama: "ABŞ Fars körfəzi ölkələrinin təhlükəsizliyini qoruyacaq"

ABŞ Fars körfəzi ölkələrinin təhlükəsizliyini hərbi güclə qorumağa söz verib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Kemp-Deviddə ABŞ prezidenti Barak Obamanın altı ərəb ölkəsinin nümayəndələri ilə görüşü başa çatıb.


Tərəflər bölgədə ballistik raketlər əleyhinə müdafiə sistemi yaradılması məsələsini müzakirə ediblər. "Mən bizim Fars körfəzindəki tərəfdaşlarımızın dəmir təhlükəsizliyinin yaradılmasını dəstəkləyirəm. Bizim ümumi bəyanatımızda deyildiyi kimi, ABŞ bu ölkələrin hər hansı birinin ərazi bütövlüyünə qarşı təhlükə yaranarsa, onun yanında olacaq" - deyə Obama qeyd edib. Görüşdə İranın nüvə proqramı ilə bağlı sazişin imzalanması dəstəklənib.

 

Xatırladaq ki, adı gedən sazişin iyunun sonunda imzalanması nəzərdə tutulur. Bu gün "altılıq" ölkələrinin və İran nümayəndələrinin məsələ ilə bağlı Vyanada bir araya gələcəkləri gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv