Almaniyada təbii fəlakət: evlərin damları uçdu
Almaniyanın cənubunda bir neçə iri yaşayış məntəqəsi təbii fəlakət nəticəsində ciddi zərər görüb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, leysanla müşayiət olunan qasırğa Bavariya əyalətinin Ausburq şəhərində evlərin damlarını tamamilə dağıdıb.
İldırımvurma nəticəsində xəsarət alan insanlar xəstəxanalara çatdırılıb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hadisə yerinə xilasedicilər cəlb olunub.