Bakı-Qazax magistral yolunda maşın aşdı, 5 yaralı

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə mayın 15-də saat 07 radələrində magistral yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Reno” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1964-cü il təvəllüdlü Ənvər İbrahimov, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onlardan Əjdər Mirzalıyevin vəziyyətinin ağır, digərlərinin vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv