Əli Həsənov bir qrup iş adamının saxlanılmasına münasibət bildirib
“İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox".
APA TV-nin məlumatına görə, bunu bir qrup iş adamının saxlanılması və həbsinə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Əli Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb: “Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir”.