Azərbaycanda havanın temperaturu yüksəlir

Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27 dərəcə, dağlıq rayonlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv