Prezident İlham Əliyev Bakıda “Bulvar Hotel”in açılışında iştirak edib

Mayın 15-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü hotelidir. Beşulduzlu yeni hotel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.

 

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Hoteldə 818 nömrə var. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.

 

Hotellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv