Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edilib
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edilib. APA TV-nin məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, 2011-ci ilin may ayından bu vəzifəni Rəşad Rəfael oğlu Məmmədov icra edirdi. Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı sərəncamla o vəzifəsindən azad edilib. Səbayel Rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilib. Rəşad Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.