ABŞ çeçen terrorçuya edam cəzası verdi
ABŞ-da 2013-cü ilin 15 aprel tarixində Boston marafonu zamanı terror aktının təşkilində və törədilməsində təqsirləndirilən 21 yaşlı Cövhər Sarneyevə ən ağır cəza verilməsi istənilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qərarın ədalətli olub-olmadığı 14 saat müzakirə edilib və qəbul olunub. Xatırladaq ki, iki il əvvəl ABŞ-ın Boston şəhərində idman yarışı keçirilərkən ittiham edilən şəxsin təşkilatçılığı ilə partlayış törədilib. Nəticədə biri 8 yaşlı uşaq olmaqla 3 nəfər həyatını itirib. Müxtəlif xəsarətlər alan 264 yaralıdan 17-nin əl və ayaqları amputasiya olunub. ABŞ-ın baş prokuroru Loretta Linç Sarneyevə verilən cəzanın ədalətli olduğunu bildirib.