İŞİD Palmira antik şəhərini məhv etməyə hazırlaşır - VİDEO
Suriyadakı Palmira antik şəhəri İŞİD terrorçularının təhdidi altındadır. Yerli mənbələr terrorçuların Tedmur şəhərinə hücum etdiyini və bölgəni ələ keçirməsi durumunda Palmiranı məhv edəcəyini bildirir. Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatı İŞİD-in Palmiranın 2 kilometr yaxınlığına qədər irəlilədiyini açıqlayıb.
YUNESKO Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən antik şəhərin aqibətinin İraqdakı Hatra və Nimrud şəhərlərinin taleyi kimi olmasından narahatdır. Palmirada I və II yüzilliklərdən qalma məbədlər o dövrün ən yaxşı qorunan əsərləri sırasındadır.
YUNESKO-nun baş direktoru İrina Bokova bölgədə döyüşən tərəflərə müraciət edərək Palmiraya toxunulmamasını istəyib: "Müharibə zamanı dünya irsinin qorunması ilə bağlı 1954-cü il konvensiyasından bəhs edirəm. Mövqeyimiz çox dəqiqdir. Bu antik şəhərlər hərbi məqsədlər üçün istifadə olunmamalıdır".
Xatırladaq ki, İŞİD daha öncə İraqda Hatra və Nimrud antik şəhərlərini qarət edib, Mosul muzeyindəki qiymətsiz tarixi əsərləri məhv edib.