Ermənilər Samara sakinini vəhşiliklə qətlə yetirdilər

Rusiyada Samara şəhərində bir qrup erməni yerli sakini qətlə yetiriblər. APA TV-nin məlumatına görə, hadisədə təqsirli bilinən 4  Ermənistan vətəndaşı saxlanıb.  Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisə şahidlərinin sözlərinə görə, mağazada tərəflər arasında mübahisə başlayıb, tərəflər mübahisəni küçədə davam etdiriblər. Nəticədə 2 nəfər bıçaq xəsarəti ilə  xəstəxanaya yerləşdirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Ermənistan vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəllif | Apa.Tv