Sabah Bakıda buludlu və tutqun hava şəraiti proqnozlaşdırılır
Mayın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.
Mayın 17-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağətəyi rayonlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.