Lüksemburqun baş naziri həmcinsi Göte Destenlə evləndi
Lüksemburqun 42 yaşlı homoseksual baş naziri Ksavye Bettelin həmcinsi ilə nikahı baş tutub. APA TV-nin "Euronews"a istnadən verdiyi məlumata görə, o, 39 yaşlı belçikalı arxitektor Göte Destene ilə ailə qurub. Lüksemburq baş nazirinin ağlına bu fikir 2014-cü ildə eyni cinsdən olanların evlənmələri barədə qanun qüvvəyə mindikdən sonra gəlib. Avropa siyasətçilərinin arasında bu addımı ilk dəfə İslandiyanın baş naziri Yohan Siqurdargötter atıb: "Mən hamıya bizim kimi xoşbəxt olmağı arzulayıram. Lüksemburq xalqına təşəkkürümü bildirirəm" - deyə baş nazir bildirib. Qonaqlar arasında Belçikanın baş naziri Şarl Mişel də olub: "Nə deyə blərəm? Biz böyük əhval-ruhiyyə içindəyik, sevinc, fərəh hiss edirik və bu ən başlıcasıdır". Media nümayəndələri də mərasimdən kənarda qalmayıblar. Frank-Lüksemburqun elita təbəqəsindən bəhs edən yazıları ilə tanınan Stefan Bern heyrətləndiyini gizlətməyib: "Məsələ burasındadır ki, baş nazirin bu addımı, homofobiyanın Avropa İttifaqında yayılmasının sübutudur. Məncə bu məsələ ciddidir". Lüksemburq vətəndaşları baş nazirlərinin bu addımını sevinclə qarşılayıblar. Əsasən də qadınlar hökumət rəhbərini dəstəkləyiblər: "Bizim baş nazir başqalarına da örnək olacaq, qorxmaq lazım deyil". Başqa bir qadın isə bunu hər adamın başa düşməyəcəyini deyib. "Hərənin öz fikri var, amma məsələ burasındadır ki, biz nə qədər azad ölkə olduğumuzu dünyaya göstəririk". Xatırladaq ki, homoseksualların nikahının leqallaşması məsələsi gələn həftə İrlandiyada müzakirə ediləcək. Bu arada Avropa İttifaqına üzv olan 28 ölkədən 9-da gey-nikahlara icazə verilib. Bundan əlavə quruma üzv olmayan iki Avropa ölkəsi - Norveç və İslandiyada da bu qəbul ediləndir.