Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də ucuzlaşıb. Hazırda bir dolların kursu 1,0471 manat təşkil edir.

 

Avro və Rusiya rublunun dəyəri isə artmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1969 manat, 1000 Rusiya rublu isə 21 manat 10 qəpikdir.

 

Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir. 

Müəllif | Apa.Tv
Apa.tv