Texasda silahlı insident: 9 nəfər öldü, 18 nəfər yaralandı
ABŞ-ın Texas ştatında baş verən silahlı insident nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, hadisə Ueyko şəhərində restoranlardan birində baş verib.
Restoranda iki bayker qrupu arasında yaşanan narazılıq küçədə silahlı davaya çevrilib. Qarşıdurmada tərəflər bir-birinə əvvəlcə soyuq silahlar - bıçaq, zəncirlər və dəyənəklərlə hücum ediblər. Daha sonra isə odlu silaha əl atıblar. Dava edənlərdən səkkizi hadisə yerində öldürülüb, bir nəfər isə xəstəxanada keçinib.