Sabah Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-29, dağlıq və dağətəyi rayonlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv