Quba sakini yeni döyüş növü kəşf edib

Quba rayon Rostov kənd sakini Əflatun İsrayılov yeni döyüş növü kəşf edib. Su yolu döyüş növü sərt axar su hərəkətlərindən götürülüb.


APA TV-nin yerli bürosunun xəbərinə görə, bu döyüş stili ikili zərbə sisteminə malik olub əsasən müdafiə xarakteri daşıyır. Döyüşdə hər bir su axını hərəkətinin özünəməxsus yeri olub üç su axın hərəkəti sistemində birləşərək qarşısına çıxan hər bir maneəni dəf etmək qabiliyyətinə malikdir.


Su yolu döyüş növünün yaranması 2001-ci ilə təsadüf edir. Yeni idman növünün tanınması üçün müəllif təkcə Azərbaycanda deyil, bir çox ölkələrə sorğu göndərib.


Bu döyüş növünü mənimsəmək üçün hər hansı bir döyüş sənətini bilmək şərtdir. Maraqlı və qeyri-adi döyüş növü sayılan su yolu döyüş növü Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan