Xaçmazda "Gənc xilasedici və yanğınsöndürən" zona yarışları keçirilib

Xaçmazda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə məktəblilər arasında "Gənc xilasedici və yanğınsöndürən" zona yarışları keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yarışda şimal bölgəsindən olan 5 komanda fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdə bacarıqlarını nümayiş etdirib.

 

Açılış mərasimində yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs edilib.

 

Yarışda şimal bölgəsindən, Quba-Qusar-Xaçmaz-Şabran və Siyəzən rayonlarından olan 5 komanda öz qüvvə və bacarıqlarını nümayiş etdirib. Yarış "Yanğın estafeti", "Maneələr zolağı", "Gənc ekspertlər" və "Komandaların təqdimatı" üzrə 4 mərhələdə keçirilib.

 

Qalib komanda respublika birinciliyinə vəsiqə qazanıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan