Azərbaycan prezidenti İSESCO-nun baş direktoru ilə görüşüb

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

 

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.

 

Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulanıb, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirilib.

 

Söhbət zamanı Azərbaycanla İSESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv