Dollar və rubl bahalaşdı, avro dəyər itirdi
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də bahalaşıb. Hazırda bir dolların kursu 1,0477 manat təşkil edir. Rusiya rublu da bir gün əvvələ nisbətən bahalaşıb. Mərkəzi Bank 1000 rublun dəyərini 21 manat 30 qəpik olaraq müəyyənləşdirib.
Avronun dəyəri isə ucuzlaşmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1842 manatdır.
Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.