Qədim şəhər İŞİD təhlükəsindən xilas edildi
Suriyada hökumət qüvvələri İŞİD-ə ağır zərbə vurub.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular Tadmor şəhəri yaxınlığında baş verən döyüşdə xeyli itki veriblər.
Nəticədə qruplaşmanın antik Palmira şəhərinə törədə biləcəyi təhlükə də aradan qalxıb. İŞİD qüvvələri bölgədən uzaqlaşdırılıblar.
Xatırladaq ki, bu qədim şəhər UNESCO-nun siyahısına daxil edilib. "Palmira nadir abidədir, bu şəhər səhrada ilğım kimidir. Palmirada müxtəlif mədəniyyətlər - Roma, Viziantin, Fars, Yunan, İslam mədəniyyətlər sintez şəklində formalaşıb" - deyə qurum təmsilçisi bildirib. İŞİD-in bu şəhəri ələ keçirməsi onun dağıdılacağı ilə nəticələnə bilər. Buna heç kəsdə şübhə yoxdur. Çünki terror qruplaşması buna qədər İraqda ələ keçirdiyi antik Nimrud və Hatra şəhərlərini yerlə-yeksan edib.