Baş prokuror: "Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb" - YENİLƏNİB
Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
Azyaşlı tüstüdən boğularaq ölüb.
Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və baş prokurorun müavini Rüstəm Usubov, həmçinin fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir
Baş prokuror Zakir Qaralov deyib ki, ilkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yanğınsöndürənlər arasında da xəsarət alanlar var.
Zakir Qaralovun sözlərinə görə, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb. Bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.