Bakı Metropolitenində problem: sərnişinlər təxliyə olundu

Bakı metrosunda növbəti dəfə problem yaranıb.

 

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA TV-yə açıqlamasında deyib ki, texniki nasazlıq  "İçərişəhər"dən "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda baş verib.

 

4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb. Texniki nasazlıq aşkar olunub və qatarın hərəkəti dayandırılıb. Bundan sonra sərnişinlər bir neçə dəqiqə ərzində təxliyə olunub. Texniki nasazlıq aradan qaldırıldıqdan  sonra qatarın hərəkəti təmin olunub.

Müəllif | Apa.Tv
Apa.tv