FHN Hacıqabulda təlim keçirdi

Hacıqabulda dəmir yollarında fövqəladə hadisələrin aradan qaldırılması üzrə təlim keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, təlim Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının müşahidəsi altında “Azərbaycan Dəmir Yolları” QSC-nin Hacıqabul dəmir yolu stansiyasında, mülki müdafiə təlimləri planına uyğun olaraq həyata  keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda kompleks mülki müdafiə təlimləri Hacıqabul dəmir yolu stansiyasının ərazisində baş tutub. Təlimə Hacıqabul dəmir yol mülki müdafiə qovşağının rəhbərləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, Mülki müdafiə qüvvələrinin şəxsi heyəti və dəmir yolu müəssisəsinin işçiləri cəlb edilib.

 

Təlim Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının müşahidəsi altında həyata keçirilib. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı dəmir yol qovşağı ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallıqlarını əks etdirməkdir.  Həmçinin mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin və mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, nəticədə dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli və dərindən təhlil edilməsini təmin etməkdir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı