Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev yanmış binaya baxış keçiriblər

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar  naziri Kəmaləddin Heydərov Binəqədi rayonunda yanmış binanın ərazisinə  gəliblər.

APA TV-nin məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.  

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları  məlumatlandırıb.

 Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.

 Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.

Xatırladaq ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

 

Müəllif | Apa.Tv