Səlim Müslümov: "Hər ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb"

"Zərərçəkmişlərin yerləşdirilməsi üçün Bilgəh qəsəbəsindəki sanatoriya ərazisində kotteclər ayrılıb".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov Binəqədi rayonunda yanmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı bildirib.

 

Onun sözlərinə görə, hazırda sakinlərin siyahısı tutulur və onlar həmin sanatoriyaya göndərilir. Nazir bildirib ki, ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb. Prezidentin göstərişinə əsasən, zərərçəkmişlərin hər birinə yardım olunacaq.

 

Müəllif | Apa.Tv