Hacıbala Abutalıbov: "Bina sökülməsə, təmir olunub mebelləri ilə birgə sakinlərinə qaytarılacaq"

"Binanın taleyi ilə bağlı prezidentin göstərişi ilə yaradılan Dövlət Komissiyası qərar verəcək. Əgər bina yararlı olarsa, yenidən təmir olunaraq mebelləri ilə birgə sakinlərə qaytarılacaq".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

 

Onun sözlərinə görə, baş verən hadisənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən lazımi tədbirlər görülür.

 

Bakı meri bildirib ki, Bakının üç yerində sakinlərin qalması üçün evlər ayrılıb. Eyni zamanda məktəbli uşaqların dərsə davamiyyətini təmin etmək məqsədilə Baklı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara xüsusi avtobuslar ayrılacaq.

 

Xatırladaq ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Müəllif | Apa.Tv