Şəmkirdə "Alov festivalı" təxirə salındı
Bu gün Bakı-2015 Avropa Oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumata verib.
"Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək", - deyə S.Məmmədova bildirib.
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.