Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib

Bu gün səhər 6:30 - 07:00 radələrində  Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib. “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə  verdiyi məlumata görə, sərnişin və maşinistlər dərhal evakuasiya olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

Araşdırma zamanı yanğına elektrik söndürülməmiş siqaret səbəb olub. Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə elektrik qatarında yanğın söndürülüb. Artıq xəttə üzrə yol açılıb, yanğın baş verən qatar depoya gətirilib. 

Müəllif | Apa.Tv
Apa.tv