16 ailə kirayə mənzildə, 8 ailə pansionatda yerləşdirildi - YANĞIN FACİƏSİ

Mayın 19-da Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın yanması nəticəsində evlərindən çıxan 16 ailə kirayə mənzillərdə yerləşdirilib.

 

Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, daha 8 ailə pansionatda yerləşdirilib. Qohumlarının evində məskunlaşan digər ailələr müraciət etdikcə onların da istəkləri yerinə yetiriləcək.

 

Sakinlərə dəymiş maddi ziyanın hesablanması prosesi davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv