Türkiyə “Türk axını” qaz kəmərinin tikintisində iştirak etməyəcək

Türkiyə “Türk axını” qaz kəmərinin tikintisində iştirak etməyəcək.

 

APA TV-nin məlumatına görə, bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

 

Onun sözlərinə görə, Qara dənizin dibindən çəkiləcək qaz kəməri Ədirnə ərazisində quruya çıxacaq, Rusiya və Türkiyə isə Ədirnədə birgə qaz anbarı inşa edəcəklər.

 

Taner Yıldız əlavə edib ki, Türkiyə öz coğrafi üstünlüklərindən maksimum istifadə edir, buna görə də hakimiyyət diqqətini eyni zamanda iki enerji layihəsi - TANAP və “Türk axını” üzərində cəmləşdirir. Nazir bu iki layihənin bir-birinə rəqib olmadığını açıqlayıb. O, TANAP layihəsinə gələcəkdə Türkmənistanın da qoşula biləcəyini deyib.

 

Xatırladaq ki, “Qazprom” “Türk axını” layihəsini müvafiq öhdəliklərə dair sazişlər imzalamadan istifadəyə vermək niyyətindədir. 

Müəllif | Apa.Tv
Apa.tv