Ağdamda 6-cı sinif şagirdi bacısını güllələdi

Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb.

 

Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6-cı sinifdə oxuyan qardaşı Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən Hüseynin əlindəki silahdan atəş açılıb və Ayşənə dəyib. Nəticədə Ayşən Həsənova aldığı güllə yarasından ölüb.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv