Rusiya prezidenti Polad Bülbüloğluna "Şərəf" ordenini təqdim etdi
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Şərəf” ordeni ilə təltif olunub.
APA TV-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Vladimir Putin ordeni Polad Bülbüloğluna təqdim edib. Səfir Rusiya prezidentinə yüksək mükafata görə təşəkkürünü bildirib.
Ümumilikdə ali dövlət mükafatlarına 40 nəfər layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, siyasətçilər, diplomatlar, dini təşkilatların nümayəndələri, idmançılar, kosmonavtlar və iş adamları var.